İsveç NATO-ya üzvlük fəaliyyətlərini sürətləndirir

İsveç NATO-ya üzvlük fəaliyyətlərini sürətləndirir

Bakı, TurkicWorld:

Türkiyədə keçirilən prezident seçkilərinin bitməsindən sonra İsveç NATO-ya üzvlük fəaliyyətlərini sürətləndirir.

TurkicWorld xəbər verir ki, Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi üçün bugündən ölkədə terrorla mübarizə qanunu qüvvəyə minir.

Məlumat üçün bildirək ki, İsveç və Finlandiya 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün rəsmi müraciət ediblər. Bu ölkələrin NATO-ya üzv ola bilməsi üçün alyansın bütün üzvləri protokolu ratifikasiya etməlidir. Lakin Türkiyə bu ölkələr silah embarqolarını qaldırana və öz ərazilərində terror təşkilatlarına qarşı mübarizəni gücləndirənə qədər protokolu ratifikasiya etməkdən imtina edib.

Qeyd edək ki, aprelin 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiqləyib.

Ləman Əsədli
Lamanasadli01