Ərdoğan vətəndaşları qarşıdan gələn seçkilərdə fəal iştirak etməyə çağırıb

Ərdoğan vətəndaşları qarşıdan gələn seçkilərdə fəal iştirak etməyə çağırıb

Bakı, TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə vətəndaşlarını mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda fəal iştirak etməyə çağırıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Rəcəb Tayyib Ərdoğan Twitter sosial şəbəkəsindəki səhifəsində yazıb.

Ərdoğan ölkə vətəndaşlarını birlik nümayiş etdirməyə çağırıb.

Türkiyə prezidenti bazar günü ölkə vətəndaşlarının “Türkiyə əsri” vizyonu ətrafında birləşəcəyinə əminliyini ifadə edib.