Türkiyədə yeni neft quyusu qazılıb

Türkiyədə yeni neft quyusu qazılıb

Bakı, TurkicWorld:

Türkiyənin Şırnak vilayəti ilə Qabar və Cudi dağlarının kəsişdiyi Akçay kəndi ərazisində yeni neft quyusu qazılıb.

TurkicWorld xəbər verir ki, yeni quyudan 15 min barel neftin hasil ediləcəyi gözlənilir.

Şırnak vilayətinin qubernatoru Osman Bilgin bildirib ki, yeni neft quyularının kəşfiyyatı prosesi davam edir.

Qeyd edək ki, mayın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.

Bundan əlavə, aprelin 19-da Türkiyənin Qaradəniz təbbi qazı Filyos Təbii Qaz Emalı Müəssisəsində uğurla sınaqdan keçirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 20-də Qara dəniz qazının istismara verilməsi mərasimində təbii qazın əhaliyə 1 ay ərzində ödənişsiz veriləcəyini bildirib.

Ləman Əsədli

lamanasadli01