...

YAP nümayəndə heyəti Qars və İğdırdan olan sakinlərlə görüş keçirib

Türkiyə Digər xəbərlər 25 May 2023 16:22
TurkicWorld Sabir Alizade
YAP nümayəndə heyəti Qars və İğdırdan olan sakinlərlə görüş keçirib

Bakı. TurkicWorld:

Qardaş Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti "Halkalı Zeynebiye Kulliyesi"ndə Qars və İğdırdan olan sakinlərlə görüş keçirib.

TurkicWorld xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin deputatları Ceyhun Məmmədov, Vüqar İskəndərov, İstanbul 3-cü bölgə millət vəkili Şamil Ayrım və Türkiyə Cəfəri icmasının lideri Səlahəddin Özgündüz çıxış edərək bildiriblər ki, Azərbaycan və Türkiyə tarix boyu həmişə bir-birinin yanında olublar; zamanın çoxəsrlik sınağından çıxan Azərbaycan və Türkiyə xalqlarının qardaşlığı, dostluğu bütün dünyaya örnəkdir.

Sonda sakinləri maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbərlər

Xəbər lenti