Tekirdağda 20-dən çox terrorçu həbs edilib - Süleyman Soylu

Tekirdağda 20-dən çox terrorçu həbs edilib - Süleyman Soylu

Bakı, TurkicWorld:

Türkiyənin Tekirdağ vilayətinin beş rayonunda anti-terror əməliyyatı keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu öz rəsmi twitter hesabında bildirib.

Məlumata əsasən, Tekirdağ polisinin səhər saatlarında keçirdiyi anti-terror əməliyyatı nəticəsində 24 terrorçu həbs edilib.

Həbs edilənlər arasında terrorçuların lideri Abbas kod adlı Duran Kalkanın yaxın mühafizəçisi və 14 may tarixində Türkiyənin Yaşıl Sol Partiyasının sandıq müşahidəçisi də var.

Ləman Əsədli

lamanasadli01