Bakı TurkicWorld
Türkiyənin Mardin vilayətinin Nusaybin və Qızıltəpə rayonlarında anti-terror əməliyyatı həyata keçirilib.
TurkicWorld xəbər verir ki, anti-terror əməliyyatı nəticəsində 6 nəfər saxlanılıb.
Aparılan əməliyyatlarda Xalqların Demokratik Partiyası (HDP) və Demokratik Bölgələr Partiyasının (DBP) keçmiş rayon həmsədrləri də terror təşkilatına dəstək verməkdə ittiham olunaraq saxlanılıb.
Qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.
Mehriban Xəlilli







