CHP dəyişim istəyirsə, birinci Kamal Kılıçdaroğlunu dəyişdirsin - Mustafa Varank

CHP dəyişim istəyirsə, birinci Kamal Kılıçdaroğlunu dəyişdirsin - Mustafa Varank

Bakı, TurkicWorld:

Türkiyənin müxalifət Cümhuriyyət Xalq Partiyası (CHP) dəyişim istəyirsə,ilk nöbvədə, sədr Kamal Kılıçdaroğlunu dəyişsinlər, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank deyib.

"K.Kılıçdaroğlu bu günə qədər 11 seçkidə uduzmasına baxmayaraq hələ də partiyanın sədridir. CHP-nin rəhbəri K.Kılıçdaroğlu olduğu müddətdə bu partiyanın qalib gəlmə şansı yoxdur", - deyə nazir Varank əlavə edib.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Ləman Əsədli

lamanasadli01