Türkiyənin Hür Dava Partiyasının terror təşkilatları ilə heç bir əlaqəsi yoxdur- Süleyman Soylu

Türkiyənin Hür Dava Partiyasının terror təşkilatları ilə heç bir əlaqəsi yoxdur- Süleyman Soylu

Bakı, TurkicWorld:

Türkiyənin Hür Dava Partiyasının (HÜDA PAR) terror təşkilatları ilə heç bir əlaqəsi yoxdur, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.

"Türkiyənin müxalifət Cümhuriyyət Xalq Partiyası (CHP) PKK terror təşkilatını və HDP-ni qanuniləşdirməyə çalışaraq HÜDA PAR-ın terrorçularla əlaqəsi olduğunu iddia edir. Bunun səbəbi onların seçkilərdə uğur qazana bilməmələridir", - deyə nazir Soylu əlavə edib.

Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Ləman Əsədli

lamanasadli01