Xaricdə Türkiyə prezident seçkilərinin ikinci turu üçün 700 mindən çox vətəndaş səs verib

Xaricdə Türkiyə prezident seçkilərinin ikinci turu üçün 700 mindən çox vətəndaş səs verib

Bakı. TurkicWorld:

Xaricdə Türkiyə prezident seçkilərinin ikinci turu üçün 717 min 612 vətəndaş səs verib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Ali Seçki Şurası (YSK) açıqlama verib.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.