Bakı. TurkicWorld:
Türkiyə Ali Seçki Komissiyası (YSK) Türkiyədə mayın 14-də keçirilən prezident seçkiləri ilə bağlı yekun nəticələri açıqlayıb.
TurkicWorld xəbər verir ki, YSK-nın bu barədə məlumatı "Resmi Gazete"də yayımlanıb.
Yekun nəticəyə əsasən, Rəcəb Tayyib Ərdoğan 49,52%, Kamal Kılıçdaroğlu 44,88%, Sinan Oğan 5,17%, Muharrəm İncə isə 0,43% səs alıb.
Qeyd edək ki, daha öncə açıqlanan nəticələr belə idi: Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıb.
Xatırladaq ki, mayın 14-də keçirilən prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb. Buna görə də 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.