Son dəqiqə

Türkiyə İstanbul Süleyman Soylu Türkiyə Daxili İşlər Nazirliyi

İstanbulda xeyli sayda narkotik taciri həbs edilib - Süleyman Soylu

Bakı, TurkicWorld:

Türkiyənin İstanbul şəhərində narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə Başakşehir, Bəylikdüzü və Silivri ərazilərində əməliyyat keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Məlumata əsasən, keçirilən əməliyyat nəticəsində 386 kiloqram narkotik maddə ələ keçirilib, 150 nəfər həbs edilib.

Əməliyyatın detalları barədə məlumat verilməyib.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər