Orban Ərdoğana prezident seçkilərinin ikinci turunda qələbə arzulayır

Orban Ərdoğana prezident seçkilərinin ikinci turunda qələbə arzulayır

Bakı. TurkicWorld:

Macarıstanın Baş naziri Viktor Orban Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək ona mayın 28-nə təyin edilmiş seçkilərin ikinci turunda qələbə arzulayıb.

TurkicWorld xəbər verir ki, bu barədə V.Orban özünün "Twitter" səhifəsində yazıb.

"Mən indicə Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək onu prezident seçkilərinin birinci turunda qazandığı inamlı qələbə və partiyasının Türkiyədə keçirilən son parlament seçkilərindəki müstəsna və danılmaz qələbəsi münasibətilə təbrik etdim. İkinci turda uğurlar, Prezident! Güclü və sabit Türkiyə Macarıstan üçün, Avropa üçün və bütün dünya üçün xeyirlidir", - deyə V.Orban bildirib.

Xatırladaq ki, amyın 14-də Türkiyədə keçirilən prezident seçkilərində qalib müəyyənləşməyib. Belə ki, Rəcəb Tayyib Ərdoğan 49,51%, Kamal Kılıçdaroğlu isə 44,88% səs toplayıb. Birinci turda qalib gəlmək üçün namizədlərdən biri 50%-dən artıq səs toplamalı idi. Seçkilərin ikinci mayın 28-nə təyin edilib.