Alman polisinin Sabah qəzeti ofisinə hücumu qəbuledilməzdir - Mustafa Varank

Alman polisinin Sabah qəzeti ofisinə hücumu qəbuledilməzdir - Mustafa Varank

Bakı, TurkicWorld:

Sözdə azadlıqdan danışan Almaniya Türkiyənin FETÖ terror təşkilatına qarşı mübarizəsindən xəbərdar olmasına rəğmən terrorçuların şikayəti ilə Sabah qəzetinin ofisinə basqın etməsi qəbuledilməzdir, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank jurnalistlərə açıqlamasında bildirib.

"Türkiyənin Almaniyadakı səfiri onlarla əlaqə saxlayır və jurnalistlərə lazımi hüquqi dəstək göstərilir. Ümid edirik ki, tezliklə azadlığa çıxacaqlar", - deyə M.Varank əlavə edib.

O, həmçinin bildirib ki, bu şikayəti edən FETÖ terror təşkilatının öndə gedən isimlərindən biridir.

Qeyd edək ki, bugün Alman polisi Türkiyənin Sabah qəzetinin ofisinə basqın edib və basqın nəticəsində qəzetin Almanya təmsilçisi İsmail Erel ve müdir Cemil Albay saxlanılıb.

Ləman Əsədli

Twitter: lamanasadli01