14 may seçkiləri Türkiyə tarixinin ən təhlükəsiz seçkiləri idi - Süleyman Soylu

14 may seçkiləri Türkiyə tarixinin ən təhlükəsiz seçkiləri idi - Süleyman Soylu

Bakı, TurkicWorld

Türkiyədə 14 may tarixində keçirilən prezident və parlament seçkiləri tariximizin ən təhlükəsiz seçkiləri idi, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı yüksək səslə yenidən prezident seçəcəyik ki, Qərb dövlətləri seçkilərin nəticələri açıqlandıqdan sonra bir daha Türkiyə haqqında istədikləri kimi danışa bilməyəcəklər", - deyə nazir Soylu əlavə edib.

Qeyd edək ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçirilib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Ləman Əsədli

Twitter: lamanasadli01