Türkiyə Ordusu PKK terror təşkilatının beş üzvünü zərərsizləşdirib

Türkiyə Ordusu PKK terror təşkilatının beş üzvünü zərərsizləşdirib

Bakı, TurkicWorld:

Türkiyə Ordusu Şırnak vilayətində keçirdiyi anti-terror əməliyyatı nəticəsində PKK terror təşkilatının beş üzvünü zərərsizləşdirib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu öz rəsmi sosial media hesabında bildirib.

"Şəhidlərimizin intiqamı alındı", - deyə qeyd edib.

Xatırladaq ki, 16 may tarixində Şırnak vilayətində keçirilən əməliyyatlarda terrorçularla mübarizədə Türkiyə Silahlı Qüvvələrinin üç hərbi qulluqçusu şəhid olub.

Ləman Əsədli

Twitter: lamanasadli01