Siyasi fəallığı artırdıqları üçün bütün siyasi partiyalara və namizədlərə təşəkkür edirəm – Ərdoğan

Siyasi fəallığı artırdıqları üçün bütün siyasi partiyalara və namizədlərə təşəkkür edirəm – Ərdoğan

Bakı. TurkicWorld:

Siyasi fəallığı artırdıqları üçün bütün siyasi partiyalara və namizədlərə təşəkkür edirəm.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışı zamanı deyib.

“Türkiyəmizə yaraşan böyük bir demokratiya ziyafəti yaşadıq. Bəlkə də dünyada unikaldır. 90 faizə qədər iştirak var idi. Siyasi fəallığı artırdıqları üçün bütün siyasi partiyalara, namizədlərə, media orqanlarına və təhlükəsizlik qüvvələrinə də təşəkkür etmək istəyirəm.” – deyə Ərdoğan qeyd edib.

O bildirib ki, Cumhur İttifaqı Türkiyə Böyük Millət Məclisində 322 deputatla təmsil olunacaq.

“Birinci mərhələdə qazandığımız uğurda gənclərin böyük payı var.” – deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Xatırladaq ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçirilib.

Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib ki, bunlardan 88,92%-i ölkə daxilində, 52,69%-i xaricdə yaşayanlardır.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.