Son dəqiqə

Türkiyə PKK Şırnak vilayəti

Türkiyənin Şırnak vilayətində keçirilən əməliyyatlarda üç hərbi qulluqçusu şəhid olub

Bakı TurkicWorld

Türkiyə Silahlı Qüvvələrinin üç hərbi qulluqçusu şəhid olub.

TurkicWorld xəbər verir ki, onlar Türkiyənin Şırnak vilayətində keçirilən əməliyyatlarda terrorçularla mübarizədə həlak olublar.

Türkiyənin cənub-şərqdə yerləşən Şırnak vilayətinin Bestler Dərələrində keçirilən əməliyyatda üç terrorçu zərərsizləşdirilib.

Məlumat üçün bildiriri ki, atışma nəticəsində Türkiyə ordusunun bir hərbçisi ağır yaralanıb.
Şəhidlərin adları hələ ki açıqlanmayıb.

Qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.

Mehriban Xəlilli
@MXalilbekova

Mövzuya görə xəbərlər