Türkiyədə prezident seçkilərinin ikinci turunda 50 min yeni seçici iştirak edəcək

Türkiyədə prezident seçkilərinin ikinci turunda 50 min yeni seçici iştirak edəcək

Bakı, TurkicWorld:

Türkiyədə 28 may tarixində keçiriləcək prezident seçkilərinin ikinci turunda 18 yaşını tamamlayan 50 min Türkiyə vətəndaşı ilk dəfə səs vermədə iştirak edəcək.

TurkicWorld xəbər verir ki, bu şəxslər harada səs verəcəyi ilə bağlı məlumatı Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) rəsmi saytından əldə edə bilər.

Xatırladaq ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçirilib.

Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib ki, bunlardan 88,92%-i ölkə daxilində, 52,69%-i xaricdə yaşayanlardır.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Ləman Əsədli

Twitter: lamanasadli01