Ərdoğan millətimizin dəstəyi ilə seçkiləri səs çoxluğu ilə başa vurub - Ömer Çelik

Ərdoğan millətimizin dəstəyi ilə seçkiləri səs çoxluğu ilə başa vurub - Ömer Çelik

Bakı. TurkicWorld:

Rəcəb Tayyib Ərdoğan millətimizin dəstəyi ilə seçkiləri səs çoxluğu ilə başa vurub.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.

"Seçim nəticələri açıqlanmadan digər nümayəndələrin qalib prezident adlandırılması düzgün deyil" - deyə Çelik bildirib.

O qeyd edib ki, vətəndaşlar sandıq iradəsini güclü şəkildə qoruyaraq demokratiyanın qorunmasına böyük əhəmiyyət veriblər.

"Seçicilərin 90 faizinin seçkilərdə iştirakı Türkiyədə demokratiyanın nə qədər güclü olduğunu göstərir",- deyə Çelik açıqlamasında vurğulayıb.

Xatırladaq ki, Türkiyədə 28 may tarixində prezident seçkilərinin ikinci turu keçiriləcək.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb.

Qeyd edək ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçirilib.

İlkin nəticələrə görə, Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Açılan sandıq sayı isə 99,87 % təşkil edir.