Son dəqiqə

Azərbaycan Türkiyə Türkmənistan Resmi Gazete

Ərdoğan Türkmənistan, Azərbaycan və Türkiyə arasında gömrük sahəsində əməkdaşlıq sazişini təsdiqləyib

Bakı. TurkicWorld:

Türkmənistan, Azərbaycan və Türkiyə arasında Gömrük Əməkdaşlığı üzrə "Birgə Məşvərət Komissiyasının yaradılması haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Bu barədə TurkicWorld "Resmi Gazete"yə istinadən xəbər verir.

Anlaşma Memorandumuna uyğun olaraq, tərəflər gömrük sahəsində əməkdaşlıq üzrə birgə məsləhət komissiyası yaradacaq və bu sahədə əməkdaşlığın təkmilləşdirilməsi üçün məlumat mübadiləsi aparacaqlar.

Qeyd edək ki, 2022-ci il dekabrın 14-də Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Türkiyə prezidentlərinin birinci Zirvə görüşü çərçivəsində Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sənədi bu il aprelin 27-də təsdiqləyib.

Mövzuya görə xəbərlər