Son dəqiqə

Türkiyə Özbəkistan Rəcəb Tayyib Ərdoğan Şavkat Mirziyoyev Resmi Gazete

Türkiyə Prezidenti Özbəkistanla imzalanan tərcihli ticarət müqaviləsini təsdiq edib

Bakı, TurkicWorld:

Türkiyə Prezidenti Özbəkistanla imzalanan tərcihli ticarət müqaviləsini ratifikasiya edib.

TurkicWorld-un məlumatına görə, bu barədə AzerPress Türkiyənin “Rəsmi Qəzeti”-nə istinadən məlumat verir.

Məlumata əsasən, tərəflər arasıda tərcihli ticarət müqaviləsi 29 mart 2022-ci ildə Daşkənddə imzalanıb.

Məlumat üçün qeyd edək ki, bu ilin yanvar–fevral ayında, Türkiyənin türkdilli ölkələrə ixracı, keçən ilin analoji dövri ilə müqayisədə, 3,6 faiz artaraq, 1,365 milyard dollar olub.

Bu ilin fevral ayında Türkiyənin türkdilli ölkələrədən idxalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artaraq 541,6 milyon dollar təşkil edib.

2023-cü ilin yanvar-fevral ayılarında Türkiyənin türkdilli ölkələrədən idxalı keçən ilin analoji dövrü ilə müqaisədə, 1,8 faiz artaraq, 1,177 milyar dollar təşkil edib.

2023-ci ilin fevral ayında Türkiyənin xarici ticarət dövriyyəsi 49,349 milyard dollar təşkil edib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər