Türkiyə ikinci yerli avtomobilini istehsal etməyə hazırlaşır

Türkiyə ikinci yerli avtomobilini istehsal etməyə hazırlaşır

Bakı. TurkicWorld:

Türkiyə ikinci yerli avtomobilini istehsal etməyə hazırlaşır.

TurkicWorld-un məlumatına görə, Türkiyənin Bursa şəhərində altı sənayeçi tərəfindən yaradılan elektrik avtomobil layihəsi Amperinonun yeni dizaynı diqqət çəkib. Üç nəfərlik ilk elektrikli mikro avtomobili, Amperino İdarə Heyətinin sədri Yakup Canseven paylaşıb.

"Avtomobilin kütləvi istehsalına 2025-ci ildə başlayacayıq. Amperinonu A2 vəsiqəsi olan 16 yaşlı yeniyetmələr idarə edə bilər. Avtomobilin bütün texnologiyaları A-dan Z-yə qədər bizə məxsusdur. Aspilsan Enerji 2023-cü ilin iyununda istifadə edəcəyimiz batareyanı da istehsal edəcək. Bu baş verərsə, batareya da tamamilə yerli olacaq. Türkiyədə ilk dəfə olaraq akkumulyatorda soyutma texnologiyasından istifadə ediləcək. Real Time Communication System (GIS) Türkiyədə ilk dəfə olaraq Amperino mühəndisləri tərəfindən hazırlanıb və avtomobilimizdə istifadə olunacaq. L6-L7 sinifli elektrik avtomobillərində istifadə ediləcək hub motor Türkiyədə ilk dəfə istehsal edilib",- deyə sədr bildirib.

Qeyd edək ki, Türkiyə Sənaye və Texnologiya naziri Mustafa Varank yerli və milli imkanlarla istehsal edilən bütün layihələrə dəstək olduqları kimi, Amperinoya da dəstək olacaqlarını bildirib.