Türkiyədə Prezident seçkiləri üçün müvəqqəti namizəd siyahısı açıqlanıb

Türkiyədə Prezident seçkiləri üçün müvəqqəti namizəd siyahısı açıqlanıb

Bakı. TurkicWorld:

Mayın 14-də Türkiyədə keçiriləcək Prezident seçkiləri üçün Ali Seçki Şurasının müvəqqəti namizəd siyahısı dərc olunub.

Bu barədə TurkicWorld "Resmi Gazete"yə istinadən xəbər verir.

Ali Seçki Şurasının qərarına görə, Prezident seçkiləri üçün müvəqqəti namizəd siyahısında Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, Vətən Partiyasının sədri Məhərrəm İncə və Ata İttifaqının namizədi Sinan Oğan yer alıb.

Qeyd edək ki, müvəqqəti namizədlər siyahısına martın 29-u, saat 17.00-dək etiraz edilə bilər.

Məlumat üçün bildirək ki, Türkiyədə Prezident seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Keçiriləcək prezident seçkilərinə Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Eski Genç Partiyanın rəhbəri Cem Uzan, Vatan Partiyasının rəhbəri və 2018-ci il seçimlərində Vatan Partiyasının rəhbər namizədi Doğu Perinçek, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cümhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan, həkim və siyasətçi Serdar Savaş, Kamal Kılıçdaroğlu, Yeniden Rifah Partiyasının rəhbəri Fatih Erbakan, Türkiyənin Texnoloji İnkişaf Partiyasının (TEK Parti) rəhbəri Ahmet Özal namizədliyini irəli sürüb.