Türkiyənin yerli avtomobili TOGG Kayseridə nümayiş olunub

Türkiyənin yerli avtomobili TOGG Kayseridə nümayiş olunub

Bakı. TurkicWorld:

Türkiyənin yerli avtomobili TOGG, Kayseridə istifadəçilərin nümayişinə verilib.

TurkicWorld-un məlumatına görə, Kayseridə sərgilənən TOGG, vətəndaşların böyük marağına səbəb olub. TOGG-u yaxından görən vətəndaşlar bol-bol foto çəkdirib və avtomobil haqqında məlumat alıblar.

"Yaxşı bir təqdimatın şahidi oluruq. Dizaynı, layihəsi və düşüncəsi ilə tamamilə yerli məhsuldur. Bu, hamımız üçün qürurverici bir mənzərədir. Fikirdən icraya qədər bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm",- deyə Kayseri Böyükşəhər Bələdiyyə Başçısı Memduh Büyükkılıç bildirib.