Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Fuat Oktaya “Dostluq” ordeni təqdim edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Fuat Oktaya “Dostluq” ordeni təqdim edib

Bakı, TurkicWorld:

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyənin vitse-prezidenti Fuat Oktaya “Dostluq” ordeni təqdim edib.

TurkicWorld-un məlumatına görə, Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Toplantısı öncəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin görüşü zamanı Türkiyənin vitse-prezidenti Fuat Oktaya Türkiyə ilə Özbəkistan arasındakı əlaqələrin inkişafına verdiyi töhfələrə görə “Dostluq” ordeni təqdim edilib.

Özbəkistan prezidentinə təşəkkür edən Fuat Oktay, medalı almaqdan şərəf duyduğunu bildirib.

Xatırladaq ki, martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilir. Bu tədbirin Ankarada keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşıb. Belə ki, daha əvvəl Zirvə görüşünün Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.