Bakı, TurkicWorld:
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə rəhbəri Volker Türk 13-15 mart tarixində Özbəkistanda, 16-17 martda Qazaxıstanda səfərdə olacaq.
TurkicWorld-un məlumatına görə, o, hər iki ölkənin dövlət və BMT rəsmiləri, Ombudsmanlar, vətəndaş cəmiyyəti təşkilatlarının üzvləri ilə görüşəcək.
Məlumata əsasən, o, Özbəkistanın Qaraqalpaqıstan vilayətinin Nukus şəhərində Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci ildönümü ilə bağlı tədbirdə çıxış edəcək.
Bundan əlavə, Özbəkistanın paytaxtı Daşkənddə martın 17-də mətbuat konfransı keçirilməsi planlaşdırılır.







