Son dəqiqə

Türkiyə Özbəkistan SETA

Türkiyə və Özbəkistan qarşılıqlı əməkdaşlıq üçün anlaşma memorandumu imzalayıb

Bakı, TurkicWorld:

Türkiyə və Özbəkistan əməkdaşlığın və işgüzar əlaqələrin qurulması barədə anlaşma memorandumu imzalayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə razılaşma Özbəkistan Respublikasının Prezidenti yanında Strateji və Regionlararası Tədqiqatlar İnstitutunun direktoru Eldor Aripov ilə Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) rəhbəri Burhanəddin Duranın görüşü zamanı əldə edilib.

Özbəkistandakı konstitusiya islahatının gedişatı ilə maraqlananan Burhanəddin Duran qanuna edilən dəyişikliklərin insan hüquq və azadlıqlarını, dövlətin vətəndaşlar qarşısında sosial öhdəliklərini gücləndirməklə yanaşı, parlamentin və siyasi partiyaların səlahiyyətini gücləndirdiyini vurğulayıb.

Bundan əlavə, iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlığın artmasının hər iki tərəf üçün əlverişli olması vurğulanıb.
“Türkiyə Özbəkistanın əsas ticarət və iqtisadi əməkdaşlarından birinə çevrilib”, - deyə Aripov əlavə edib.

Mövzuya görə xəbərlər