Türkiyədə ard-arda 3 zəlzələ olub

Türkiyədə ard-arda 3 zəlzələ olub

Bakı. TurkicWorld:

Türkiyənin Kayseri bölgəsində ardıcıl üç zəlzələ baş verib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd edilib ki, zəlzələlər 4,7, 4,4 ve 4,3 bal gücündə olub.

Ətraf əyalətlərdə də hiss edilən zəlzələ yerin 12 kilometr dərinliyində qeydə alınıb.