Son dəqiqə

Ankara Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İŞİD

Ankarada xeyli sayda İŞİD üzvü saxlanılıb

Bakı, TurkicWorld:

Ankarada ümumilikdə 18 nəfər olmaqla İraq İslam Şam Dövləti (İŞİD) terror qrupunun üzvləri saxlanılıb.

TurkicWorld AzerPress-ə istinadən məlumat verir ki, anti-terror əməliyyatı Türkiyə Kəşfiyyatı (MİT) və Ankara Terrorla Mübarizə İdarəsi ilə ortaq keçirilib.

Məlumata əsasən, saxlanılanların hamısının əcnəbi vətəndaş olduğu bildirilsə də, onların vətəndaşlığı açıqlanmayıb. Hal-hazırda terror təşkilatının digər üzvlərinin axtarılması üçün əməliyyat keçirilir.

Əməliyyatın detalları haqqında geniş məlumat verilməyib.

Mövzuya görə xəbərlər