Bu gün Türkiyənin ən hündür su elektrik stansiyasının açılışı olacaq

Bu gün Türkiyənin ən hündür su elektrik stansiyasının açılışı olacaq

Bakı. TurkicWorld:

Bu gün Türkiyənin ən hündür su elektrik stansiyasının açılışı olacaq. TurkicWorld-un məlumatına görə, stansiyanın açılışını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan edəcək.

Təməli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2013-cü ilin fevral ayının 26-da Artvin şəhərinin Çoruh çayı üzərində atılan Yusufeli su anbarı və su elektrik stansiyası 275 metr gövdə hündürlüyü ilə Türkiyənin ən böyük anbarıdır.

5 milyon insanın elektrik enerji ehtiyacını ödəyə biləcək bu anbar, 558 meqavat quraşdırılmış gücə sahib bir elektrik stansiyasına malikdir.

Qeyd edək ki, Ərdoğan bildirib ki, investisiya dəyəri 16 milyard türk lirəsi olan bu elektrik stansiyaları 6 ildə bütün gözləntiləri doğruldacaq.