Kasım-Jomart Tokayev Qazaxıstanda keçirilən prezident seçkilərində səs verib

Kasım-Jomart Tokayev Qazaxıstanda keçirilən prezident seçkilərində səs verib

Qazaxıstan prezidentliyinə namizəd Kasım-Jomart Tokayev Astanada Məktəblilər Sarayında yerləşən 58 saylı seçki məntəqəsində səs verib.

TurkicWorld-un məlumatına görə, Qasım-Jomart Tokayev növbədənkənar prezident seçkilərində səs vermək üçün yerli vaxtla saat 08:48-də 58 saylı seçki məntəqəsinə gəlib.

Seçki məntəqəsinin sədri Kımbat Mukanovan bildirib ki, burada 2627 nəfər qeydiyyatdan keçib. Artıq 200-dən çox seçici səs verib.

Qasım-Jomart Tokayevin namizədliyi bir sıra siyasi partiyalar və respublika ictimai birlikləri tərəfindən xalq koalisiyası kimi irəli sürülüb.

Mərkəzi Seçki Komissiyası oktyabrın 12-də Kasım-Jomart Tokayevi Qazaxıstan Respublikası prezidentliyinə namizəd kimi qeydiyyata alıb.