Türkiyə Avropa üçün çox vacib ölkədir - Varnak

Türkiyə Avropa üçün çox vacib ölkədir - Varnak

Bakı. TurkicWorld:

Türkiyə Avropa İttifaqı və ümumilikdə Avropa üçün çox vacib ölkədir.

TurkicWorld xəbər verir ki, bu barədə çərşənbə axşamı Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank Brüsseldə Avropa İttifaqının innovasiya, tədqiqat, mədəniyyət, təhsil və gənclərlə iş üzrə komissarı Mariya Qabriel ilə birgə mətbuat konfransında bildirib.

"Miqrasiya, energetika, təhlükəsizlik və təchizat zəncirləri böhranı Avropaya dərindən təsir edib. Bunu nəzərə alsaq, Türkiyənin həm birlik, həm də Avropa üçün vacib ölkə olduğu göz qabağındadır. Ona görə də qarşılıqlı əsasda atılacaq bütün konkret addımlar təkcə Türkiyəyə deyil, Avropa İttifaqına da böyük fayda verəcək", - deyə nazir bildirib.

M.Varank həmçinin qeyd edib ki, Türkiyənin Aİ-yə tamhüquqlu üzv olması ölkənin strateji hədəflərindən biri olaraq qalır.

"Biz Aİ-nin Türkiyə ilə münasibətlərini üzvlük perspektivi əsasında inkişaf etdirməsini gözləyirik", - deyə nazir əlavə edib.