Türkiyə ilk Dəyişən Kalibrili Snayper Tüfəngi KN-12 ordu inventarına keçib

Türkiyə ilk Dəyişən Kalibrili Snayper Tüfəngi KN-12 ordu inventarına keçib

Bakı. TurkicWorld:

Türkiyənin Makine ve Kimya Endüstri (A.Ş.) şirkəti tərəfindən yerli və milli imkanlarla istehsal edilən dəyişən kalibreli snayper tüfəngi KN-12 Türkiyə Quru Qoşunlarının inventarına keçib. TurkicWorld-un məlumatına görə, Türkiyə Silahlı Qüvvələri üçün bir ilk olan KN-12 Dəyişən Kalibrili Snayper Tüfəngində həm 8,59 x 70 mm, həm də 7,62 x 51 mm ölçülü patronlardan istifadə edilə bilir. İki diametr arasında keçid etmək üçün sadəcə tüfəng lüləsini dəyişdirmək kifayətdir.

Bundan başqa, Bolt-fəaliyyət mexanizmi ilə KN-12 tüfəngi 1500 metr məsafəyədək təsir gücünə malikdir. Təxminən 7 kiloqram ağırlığında olan tüfəng 1 MOA dispersiyasına malikdir.

Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, KN-12 snayper tüfəngi Türkiyə Silahlı Qüvvələrinin ən əhəmiyyətli silahlarından biridir.