Son dəqiqə

Türkiyə Özbəkistan Rəcəb Tayyib Ərdoğan Ankara Daşkənd Şavkat Mirziyoyev Türk dövlətləri

Ankarada yüksək səviyyəli görüş: Mirziyoyev Türkiyədə rəsmi səfərdədir

BAKI,TurkicWorld, Fərid Mikayılov

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə rəsmi səfər çərçivəsində Ankaraya gəlib. Esenboğa Hava Limanında Şavkat Mirziyoyevi Prezident Rəcəb Tayyib Ərdoğan və birinci xanım Əminə Ərdoğan qarşılayıblar.

TurkicWorld xəbər verir ki, səfər çərçivəsində Türkiyə-Özbəkistan münasibətlərinin strateji səviyyədə inkişafına dair mühüm görüşlər planlaşdırılır.

Şavkat Mirziyoyev və həyat yoldaşı Ziroat Mirziyoyeva rəsmi qarşılama mərasimindən sonra Ankarada keçiriləcək yüksək səviyyəli danışıqlarda iştirak edəcəklər.

Məlumata görə, səfərin əsas gündəliyində Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasının keçirilməsi dayanır. İclasda iki ölkə arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji, mədəni və humanitar sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində atılacaq addımlar ətraflı müzakirə olunacaq.

Görüşlər çərçivəsində liderlərin təkbətək və nümayəndə heyətləri səviyyəsində danışıqlar aparması, daha sonra isə birgə mətbuat konfransı ilə çıxış etməsi gözlənilir.

Mövzuya görə xəbərlər