Türkiyə Rəcəb Tayyib Ərdoğan Ankara Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi KKTC Burhanəddin Duran Şimali Kipr Türk Cümhuriyyəti Tufan Ərhürman Türkiyə-KKTC münasibətləri Kipr məsələsi Ərsin Tatar KKTC İki dövlətli həlli məsələsi

Ərhürman ilk xarici səfərini Türkiyəyə edəcək

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) Prezidenti Tufan Ərhürman, Türkiyə Prezidentinin dəvəti ilə ilk xarici səfərini Ankaraya edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi rəhbəri Burhanəddin Duran məlumat verib.

“KKTC Prezidenti Tufan Ərhürman, Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında ilk xarici səfərini 13 noyabr 2025-ci ildə Türkiyəyə həyata keçirəcək. Ziyarət çərçivəsində keçiriləcək görüşlərdə Kipr məsələsi ilə bağlı aktual məsələlər müzakirə olunacaq, Türkiyə-KKTC münasibətləri bütün aspektləri ilə dəyərləndiriləcək.”- deyə açıqlamada bildirilib.

Qeyd edək ki, Ərhürman 19 noyabrda keçirilən prezident seçkilərində səkkiz namizəd arasında qalib gələrək səslərin 62,76 faizini toplayıb. İki dövlətli həlli müdafiə edən sabiq Prezident Ərsin Tatar isə 35,81 faiz səs qazanmışdı.

Mövzuya görə xəbərlər