BAKI, TurkicWorld
Türkiyə Respublikasının Trabzon şəhərinin valisi Ahmet Metin Gençin rəhbərlik etdiyi nümayəndə heyəti işgüzar səfər çərçivəsində Özbəkistanın Buxara şəhərində olub.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, səfər çərçivəsində Buxara və Trabzon şəhər rəhbərlərinin iştirakı ilə görüş keçirilib.
Görüşdə hər iki ölkənin liderləri arasında mövcud dostluq münasibətləri və siyasi iradənin dövlətlərarası əlaqələrin bütün sahələrdə yeni mərhələyə çıxmasında və əməkdaşlığın intensivləşməsində mühüm rol oynadığı xüsusi vurğulanıb.
Tərəflər, Buxara ilə Trabzon arasında əməkdaşlığın genişləndirilməsi üçün hələ istifadə olunmamış böyük imkanların mövcud olduğunu qeyd edərək, bu istiqamətdə konkret və səmərəli addımlar atmaq üçün birgə planlar müəyyənləşdiriblər.
Görüş zamanı iki region arasında ticarət, iqtisadiyyat, investisiyalar, təhsil, logistika və turizm sahələrində əməkdaşlıq qurulması barədə razılıq əldə olunub.
Tədbirdə Buxara vilayətinin investisiya potensialı və iqtisadi imkanları ilə bağlı təqdimat da keçirilib.