Son dəqiqə

Türkiyə Türkmənistan Yaşar Güler

Yaşar Güler Türkmənistana səfər edib

Bakı, TurkicWorld

Türkiyənin milli müdafiə naziri Yaşar Güler Türkmənistana səfər edib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafə Nazirliyindən məlumat verilib.

Məlumata görə, Yaşar Güler ​​Türkmənistanın müdafiə naziri Begenç Gündoğdiyevin rəsmi qonağı olaraq paytaxt Aşqabadda olub.

Səfər zamanı Güler Türkmənistanın prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.

Türkmənistan prezidenti ilə görüşdən sonra Güleri həmkarı Begenç Gündoğdiyev hərbi mərasimlə qarşılayıb.

Səfər çərçivəsində Güler ​​Türkmənistan Silahlı Qüvvələrinin Hərbi Akademiyasını da ziyarət edib.

Tasnem Ismukhan

Mövzuya görə xəbərlər