Türkmənistan, Özbəkistan və Qazaxıstan Əfqanıstana humanitar yardım edib

Türkmənistan, Özbəkistan və Qazaxıstan Əfqanıstana humanitar yardım edib

Bakı. TurkicWorld:

Türkmənistan, Özbəkistan və Qazaxıstan Əfqanıstana humanitar yardım edib.

TurkicWorld-un məlumatına görə, Türkmənistandan gələn humanitar yardım karvanı Əfqanıstana çatıb. Türkmənistan humanitar yardım olaraq ölkənin qərbindəki Herat vilayətinə dərman, tibbi ləvazimat, tekstil və ərzaq məhsulları göndərib.

Əfqanıstana qonşu Özbəkistan tərəfindən 100 tona yaxın humanitar yardım göndərilib. Humanitar yardım Özbəkistan prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsinin rəhbərliyi altında həyata keçirilib.

Yardım yükünə əsas səhiyyə xidmətlərinin göstərilməsi üçün lazım olan hər şey, həmçinin çadır və yorğanlar da mövcuddur.

Təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün Qazaxıstan Fövqəladə Hallar Nazirliyinə bağlı 45 nəfərdən ibarət qrup Əfqanıstana gələrək Heratdan 60 kilometr aralıda yerləşən kənddə axtarış-xilasetmə işlərinə başlayıb.

Qazaxıstanın dövlət maddi ehtiyatından humanitar yardım kimi Əfqanıstana ərzaq, çadır, geyim və yataq dəstləri göndərilib. Humanitar yardım yükləri siyahısına ümumi həcmi 1 659 ton olan 13 maddə daxildir.

Xatırladaq ki, oktyabrın 7-də Əfqanıstanda 6.3 maqnitudalı zəlzələ olub. Nəticədə 2 min 445 nəfər ölüb.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin 45 əməkdaşı axtarış-xilasetmə işlərinə qoşulmaq üçün Herat vilayətinə yola düşüb. Oktyabrda humanitar yardımın ilk partiyası Əfqanıstana göndərilib.