
Bakı. TurkicWorld:
Qazaxıstanın hərbi nümayəndə heyəti Qırğızıstana işgüzar səfər edib.
TurkicWorld-un məlumatına görə, bu gün Qazaxıstan Müdafiə naziri general-polkovnik Ruslan Caksılıkovun başçılıq etdiyi hərbi nümayəndə heyəti Qırğızıstana işgüzar səfər edib.
Səfər çərçivəsində Qazaxıstan nümayəndə heyəti Qırğızıstan Müdafiə naziri general-leytenant Baktibek Bekbolotov ilə görüş keçirilib.
Tərəflər ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı məsələlərini, Qırğızıstan və Qazaxıstan arasında gələcək birgə işin perspektivlərini müzakirə ediblər.
“Hərbi sahədə əməkdaşlıq qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biridir. Qardaş Qazaxıstan Respublikası etibarlı və sadiq tərəfdaşdır”,- deyə Qırğızıstanın Müdafiə naziri bildirib.
Səfər çərçivəsində Qırğızıstan Respublikasının rəsmi şəxsləri ilə mühüm görüşlər, o cümlədən Qırğızıstan Respublikası Təhlükəsizlik Şurasının katibi general-leytenant Marat İmankulov ilə görüş keçirilib.
Qazaxıstanın hərbi nümayəndə heyəti Qırğızıstan və Qazaxıstan Silahlı qüvvələrinin xüsusi təyinatlı bölmələri ilə Qırğızıstan-Qazaxıstan birgə “Erdik” xüsusi taktiki təliminin fəal mərhələsində iştirak edəcək və bir sıra səfərlər edəcək.
Qeyd edək ki, Qırğızısta və Qazaxıstan müdafiə bölmələri 1992-ci ildən hərbi və hərbi-texniki sahədə uğurla əməkdaşlıq edir.
Hazırda əməkdaşlığın ən dinamik sahəsi Qazaxıstan Respublikasının təhsil müəssisələrində hərbi kadrların hazırlanmasıdır.
Onu da xatırladaq ki, 1998-ci ildən indiyədək Qazaxıstanın müxtəlif hərbi təhsil müəssisələrində 300-dən çox hərbi mütəxəssis hazırlanıb.
Hazırda 40-dan çox əsgər hazırlanır.
Aytac Süleymanova
Twitter: a_alieva_