Son dəqiqə

Türkiyə Özbəkistan Rəcəb Tayyib Ərdoğan Macarıstan Şavkat Mirziyoyev Budapeşt

Ərdoğan Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə görüşüb

Bakı TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, görüş Macarıstanın paytaxtı Budapeştə baş tutub.

Görüşdə regional və qlobal hadisələrlə yanaşı, Türkiyə ilə Özbəkistan arasındakı əlaqələr də müzakirə edilib.

Ərdoğanı Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, Gənclər və İdman Naziri Osman Aşkın Bak, Sənaye və Texnologiya Naziri Mehmet Fatih Kacır, Ticarət Naziri Ömər Bolat, Rabitə direktoru Fahrettin Altun, Baş nazir Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç və prezidentin baş müşaviri Zəfər Çubukçu da müşayiət edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər