Son dəqiqə

BMT Şimali Kipr Türk Respublikası Tahsin Ertuğruloğlu

Pile-Yiğitler Yolu Layihəsindən geri dönüş olmayacaq – Tahsin Ertuğruloğlu

Bakı. TurkicWorld:

Pile-Yiğitler Yolu Layihəsindən geri dönüş olmayacaq.

TurkicWorld-un məlumatına görə, bu barədə Şimali Kipr Türk Respublikasının (KKTC) Xarici İşlər naziri Tahsin Ertuğruloğlu bildirib.

O qeyd edib ki, bu yolun tikinti məqsədi insanların asan gediş gəlişini təmin etməkdir.

Məlumat üçün qeyd edək ki, BMT sülhməramlıları yolun tikiləcəyi əraziyə beton bloklar qoyaraq prosesin qarşısını almağa çalışıblar.

KKTC təhlükəsizlik qüvvələri BMT-yə məxsus avtomobilləri və beton blokları buldozerlər vasitəsi ilə bölgədən uzaqlaşdırıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər