Son dəqiqə

Qazaxıstan Türkmənistan

Türkmənistan və Qazaxıstan ali təhsil sahəsində daha fəal əməkdaşlıq edəcəklər

Bakı. TurkicWorld:

Türkmənistan və Qazaxıstan ali təhsil sahəsində daha fəal əməkdaşlıq edəcəklər.

TurkicWorld-un məlumatına görə, Türkmənistanın səfiri Batır Rejepov Astanada “Bolaşak” Beynəlxalq Proqramlar Mərkəzinin İdarə Heyətinin sədri Oljas Sakenov ilə görüşüb. Onlar ali təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər universitetlərin elmi-texniki kadrları üçün stajların təşkili imkanlarını müzakirə ediblər. Türkmənistanın səfiri Oljas Sakenov əməkdaşlığın ali təhsil müəssisələrinin mütəxəssislərinin ixtisaslarının artırılmasına kömək edəcəyini qeyd ediblər.

2023-cü il oktyabrın 10-dan oktyabrın 12-dək Qazaxıstan nümayəndə heyəti Aşqabadda keçiriləcək səhiyyə, təhsil və idman üzrə beynəlxalq sərgi və konfransda iştirak edəcək. Qazaxıstanlı ekspertlər Qazaxıstan universitetlərinin bakalavr, magistratura və aspirantura proqramlarını təqdim edəcəklər.

Qeyd edək ki, ötən ilin oktyabrında Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov Qazaxıstana səfər edib. Bu səfər zamanı ölkələr təhsil sahəsində əməkdaşlığın intensivləşdirilməsi barədə razılığa gəliblər. Prezidentlər ali təhsil müəssisələrinin əlaqələndirilməsinin vacibliyini qeyd ediblər.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər