Yanvar-noyabr aylarında İstanbul limanı 900 min tona yaxın yük qəbul edib (ÖZƏL)

Yanvar-noyabr aylarında İstanbul limanı 900 min tona yaxın yük qəbul edib (ÖZƏL)

Bakı, Dekabr /TurkicWorld/

2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin İstanbul limanı 862 min 574 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, İstanbul limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 35 min 536 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 827 min 38 ton yük daşınıb.

“2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin İstanbul limanından 211 min 933 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Türkiyə limanlarından 6 milyon 758 min 108 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə limanları 361 milyon 981 min 446 ton yük qəbul edib.

2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 25 milyon 796 min 23 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 336 milyon 185 min 423 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından 73 milyon 758 min 393 ton transit yük daşınıb.