Oktyabr ayında Türkiyədə baş verən qəzaların sayı 40 mini ötüb

Oktyabr ayında Türkiyədə baş verən qəzaların sayı 40 mini ötüb

Ankara. TurkicWorld:

2022-ci ilin oktyabr ayında Türkiyədə baş verən toplam qəza sayı 43 min 532 olub.

Bu barədə TurkicWorld Türkiyənin Baş Polis İdarəsinə istinadən məlumat verir.

İdarədən verilən məlumata görə, oktyabr ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 36 min 191, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 7 min 341 olub.

“Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralananların sayı 26 min 221, vəfat edənlərin sayı isə 190 nəfər təşkil edib.” – deyə idarədən bildirilib.

Məlumata əsasən, yanvar-oktyabr aylarında Türkiyədə törədilən qəza sayı 402 min 54 olub. Avtomobillərin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 330 min 726, qeydiyyatda olduğu ərazidən kənarda törədilən qəzaların sayı isə 71 min 328 olub.

Qeyd edilən dövrdə, qeydiyyata alınan qəzalarda yaralanan vətəndaşların sayı 244 min 188, vəfat edənlərin sayı isə 1 min 872 nəfər təşkil edib