Son dəqiqə

Azərbaycan Dəmir Yolları QSC qeyri-neft sektoru İİTKM ADY

ADY-nin ixrac əməliyyatları üzrə gəliri artıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Bu ilin yanvar-noyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 1,5 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları aparıb.

TurkicWorld xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın dekabr sayında bildirilib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 milyon ABŞ dolları və ya 5,6 dəfə çoxdur.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.

Mövzuya görə xəbərlər