Son dəqiqə

ADY

Çindən Azərbaycana gələn blok-qatarların sayı artıb

Bakı,TurkicWorld

"Azərbaycan Dəmir Yolları" (ADY) tərəfindən 2026-cı ilin yanvar–oktyabr aylarında 15 milyon 691 min ton yük daşınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz çoxdur.

ADY-nin məlumatına görə, 2025-ci ilin eyni dövründə yükdaşımaların həcmi 13 milyon 911 min ton olub. Təkcə bu ilin oktyabrında isə 1 milyon 714 min ton yük daşınıb ki, bu da illik müqayisədə 22 faiz artım deməkdir.

Yanvar–oktyabr aylarında tranzit yükdaşımalarının həcmi 20 faiz artaraq 6 milyon 582 min tona çatıb. Oktyabrda isə 817 min ton tranzit yük daşınıb. Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 49 faiz yüksəkdir.

Hesabat dövründə konteyner daşımalarının həcmi 132 500 TEU təşkil edib. Bu, ötən ilin müvafiq dövründəki 112 400 TEU ilə müqayisədə 18 faiz çoxdur. Oktyabrda konteyner daşımaları illik müqayisədə 67 faiz artaraq 16 200 TEU-ya çatıb.

Məlumatda Çindən qəbul edilən blok-qatarların sayında, həmçinin Astara Terminalında və Bakı Limanında aşırılan yüklərin həcmində də artım qeydə alındığı bildirilib.

Mövzuya görə xəbərlər