ADY

Bakı Limanında konteyner daşınması 30 faiz artıb

Bakı. TurkicWorld:

2026-cı ilin yanvar-sentyabr aylarında Bakı Limanında təxminən 100 min TEU həcmində konteyner daşınması həyata keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövründəki 77 300 TEU göstəricisi ilə müqayisədə təxminən 30 faiz artım olmaqla növbəti rekord göstəricidir.

Hesabat dövründə limanda aşırılmış ümumi yükün həcmi 4 faiz artaraq 6,35 milyon tona çatıb. Quru yükün həcmi isə 71 faiz artaraq 1,75 milyon ton təşkil edib.

Mövzuya görə xəbərlər