Bakı,TurkicWorld
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar sərnişin tələbatını nəzərə alaraq Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə qatar reysləri təyin edib.
Bu barədə ADY məlumat yayıb.
Məlumata görə, noyabrın 8-də həm Gəncədən, həm də Mingəçevirdən səfərlər təşkil olunacaq.
Biletləri ADY-nin saytından, "ADY Mobile" tətbiqindən və dəmiryol kassalarından əldə etmək mümkündür.






