Bakı. TurkicWorld:
Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 7, 8, 9 və 10-da Bakı–Qəbələ–Bakı marşrutu üzrə həm gediş, həm də dönüş reysləri təşkil olunacaq.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.
Bildirilib ki, reyslər ardıcıl dörd qeyri-iş günündə sərnişin tələbatını qarşılamaq məqsədilə həyata keçiriləcək.
Biletləri ADY-nin rəsmi saytından, "ADY Mobile" tətbiqindən və dəmiryol kassalarından əldə etmək mümkündür.







