Türkiyə və İsrail arasında aviasiya sahəsində əlaqələr genişləndiriləcək

Türkiyə və İsrail arasında aviasiya sahəsində əlaqələr genişləndiriləcək

Bakı. TurkicWorld:

Türkiyə və İsrail arasında aviasiya sahəsində əlaqələr genişləndiriləcək. TurkicWorld-un məlumatına görə, bu barədə İsrail Nəqliyyat Nazirliyindən məlumat verilib.

Açıqlamada qeyd edilib ki, bu qərar İsrail Mülki Aviasiya İdarəsi ilə Türkiyə qurumları arasında aparılan danışıqlardan və İsrailin Nəqliyyat naziri Merav Mikaelinin Türkiyəli həmkarı ilə bir neçə ay əvvəl keçirdiyi görüşdən sonra qəbul edilib.

Qeyd edək ki, Türkiyə ilə İsrail arasında 1951-ci ildən bu yana ilk dəfə aviasiya sahəsində müqavilə imzalayacağı qeyd edilib.

Xatırladaq ki, 14 ildən sona ilk dəfə bu il mart ayının 9-u İsrail prezidenti Türkiyəyə rəsmi səfər edib.